...

Astanada ATƏT sammitinin keçirilməsinə Qazaxıstan 30 milyon dollar xərcləyəcək

Siyasət Materials 1 Oktyabr 2010 10:34 (UTC +04:00)
Astanada ATƏT sammitinin keçirilməsinə Qazaxıstan büdcəsinin xərcləri 30 milyon ABŞ dolları təşkil edəcək.

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir S.Süleymanov/

Qazaxıstan büdcəsinin Astanada ATƏT sammitinin keçirilməsinə xərcləri 30 milyon ABŞ dolları təşkil edəcək. Bu barədə maliyyə naziri Bolat Jamişov məlumat verib.

"Dekabrda Astanada ATƏT sammitinin keçiriləcəyi tədbirlərin maliyyələşdirilməsinə ölkə büdcəsindən 4,5 milyard tenge (yaxud 30 milyon ABŞ dolları) yönəldiləcək", - Jamişov bu gün Senatın iclasında çıxış edərkən deyib. İclasda 2010-cu il dövlət büdcəsinə düzəlişlərə baxılıb.

Onun məlumatına görə, "Aziada"nın təşkili və keçirilməsi üzrə digər tədbirlərlə bağlı ölkə büdcəsindən 31,6 milyard tenge (yaxud 210 milyon ABŞ dolları) yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti