...

Azərbaycan və İsveçrə siyasi məsləhətləşmələr aparıblar

Siyasət Materials 1 Oktyabr 2010 14:20 (UTC +04:00)
Azərbaycan və İsveçrə arasında siyasi və iqtisadi əməkdaşlıq perspektivləri Cenevrədə müzakirə olunub.
Azərbaycan və İsveçrə siyasi məsləhətləşmələr aparıblar

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və İsveçrə arasında siyasi və iqtisadi əməkdaşlıq perspektivləri Cenevrədə müzakirə olunub.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və İsveçrə xarici işlər nazirinin dövlət katibi Peter Maurerin rəhbərlik etdikləri iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumatda deyilir.

İsveçrə XİN-in dövlət katibi Azərbaycan şirkətlərinin ölkənin iqtisadiyyatına investisiya qoyuluşunda iştirakı yolu ilə iqtisadi əlaqələrin genişləndirilməsini təklif edib.

Xələfov öz həmkarını məsləhətlər təklif etmək üçün Azərbaycana dəvət edib.

Azərbaycan xairic işlər nazirinin müavini səfər çərçivəsində İsveçrənin vitse-prezidenti və xarici işlər naziri Mişelin Kalmi-Reylə görüşüb.

Kalmi-Rey Azərbaycanın regionda aparıcı rolunu yüksək qiymətləndirərək ölkəni İsveçrə üçün vacib tərəfdaş adlandırıb.

Xəbər lenti

Xəbər lenti