...

Parlament seçkilərində 200-dən çox namizəd qeydiyyata alınıb – Azərbaycan MSK-nın sədri

Siyasət Materials 1 Oktyabr 2010 17:17 (UTC +04:00)
Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı deputat mandatı uğrunda mübarizəyə hazır olan 1322 namizəd müraciət edib, onlardan 1266-sı MSK-dan imza vərəqələri götürüb, 399-u isə artıq onları dolduraraq Komissiyaya təqdim edib.
Parlament seçkilərində 200-dən çox namizəd qeydiyyata alınıb – Azərbaycan MSK-nın sədri

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir М.Əliyev/

Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı deputat mandatı uğrunda mübarizəyə hazır olan 1322 namizəd müraciət edib, onlardan 1266-sı MSK-dan imza vərəqələri götürüb, 399-u isə artıq onları dolduraraq Komissiyaya təqdim edib. Bu barədə cümə günü Azərbaycan Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov bildirib.

"Bu günə 210 nəfər namizəd kimi qeydiyyata alınıb", - Pənahov deyib.

Azərbaycanın Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdi. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Bu günə MSK seçkilərin gedişatını müşahidə etmək üçün yerli 590 müşahidəçini qeydiyyata alıb.

Cümə günü MSK-nın iclasında, həmçinin, bir neçə dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilib, parlament seçkiləri ilə bağlı MSK-ya edilən müraciətlərə baxılıb.

Xəbər lenti

Xəbər lenti