...

Azərbaycan Prezidenti Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 1 Oktyabr 2010 20:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycanda neft-qaz sənayesinin inkişafında böyük xidmətlər göstərmiş Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycanda neft-qaz sənayesinin inkişafında böyük xidmətlər göstərmiş Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə Sənaye və Energetika Nazirliyi ilə birlikdə Süleyman Vəzirovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2010-cu ilin noyabr ayında Azərbaycanın görkəmli neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Süleyman Azad oğlu Vəzirovun anadan olmasının 100 ili tamam olur.

Xəbər lenti

Xəbər lenti