...

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi Rövşən Məhərrəmov sərəncama göndərilib

Siyasət Materials 2 Oktyabr 2010 12:08 (UTC +04:00)
Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Rövşən Məhərrəmov tutduğu vəzifədən sərəncama göndərilib.
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi Rövşən Məhərrəmov sərəncama göndərilib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend,müxbir М.Əliyev/

Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Rövşən Məhərrəmov tutduğu vəzifədən sərəncama göndərilib. Bu barədə şənbə günü Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, Bakı Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərovun vəzifəsindən uzaqlaşdırılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətəuyğun deyil.

"Rövşən Əkbərov öz vəzifəsində qalır", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti