...

Azərbaycan Prezidenti Koreya Respublikasının dövlət başçısını təbrik edib

Siyasət Materials 3 Oktyabr 2010 00:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının milli bayramı münasibətilə Prezident Li Men Baka təbrik məktubu göndərmişdir.Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Koreya Respublikasının dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının milli bayramı münasibətilə Prezident Li Men Baka təbrik məktubu göndərmişdir. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu gün dost ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Əminəm ki, münasibətlərimizin bütün səviyyələrdə inkişafı, əməkdaşlığımızın daim genişləndirilməsi istiqamətində səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti