...

Azərbaycanın dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşları saxlanılıb

Siyasət Materials 4 Oktyabr 2010 15:39 (UTC +04:00)
Azərbaycanın dövlət sərhədini pozmuş 3 Gürcüstan vətəndaşı saxlanılıb.
Azərbaycanın dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşları saxlanılıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın dövlət sərhədini pozmuş 3 Gürcüstan vətəndaşı saxlanılıb.

Dövlər Sərhəd Xidmətinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 2-də saat 14:00 radələrində Şəmkir Sərhəd Dəstəsinin "Şıxlı" sərhəd zastavasının xidməti ərazisində Gürcüstan-Azərbaycan sərhədini pozaraq ölkəmizin ərazisinə keçmiş "Toyota SX" markalı VKV 945 nömrəli avtomobil və Gürcüstan vətəndaşları Kapilaşvili Georgi Levivyeviç (1967), Ketrioşvili Qaxa Alekseyeviç (1966) və üzərində şəxsiyyət vəsiqəsi olmayan Georgiya Vaal Robertoviç (1966) saxlanılıb.

Faktla bağlı istintaq-təhqiqat tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti