...

Azərbaycanda yəhudi həyatının çiçəklənməsi islam və iudaizmin sülh şəraitində yaşamasının parlaq nümunəsidir - deputat

Siyasət Materials 5 Oktyabr 2010 15:12 (UTC +04:00)
Azərbaycanda dağ yəhudilərinin inkişafı və çiçəklənməsi iki din - islam və iudaizmin sülh şəraitində yaşamasının parlaq nümunədir. Bu barədə Azərbaycan Milli Məclisinin yəhudiəsilli deputatı Yevda Abramov Quba rayonunun Qırmızı Qəsəbə yəhudi sinaqoqunun bərpasından sonrakı açılışında deyib.
Azərbaycanda yəhudi həyatının çiçəklənməsi islam və iudaizmin sülh şəraitində yaşamasının parlaq nümunəsidir - deputat

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycanda dağ yəhudilərinin inkişafı və çiçəklənməsi iki din - islam və iudaizmin sülh şəraitində yaşamasının parlaq nümunədir. Bu barədə Azərbaycan Milli Məclisinin yəhudiəsilli deputatı Yevda Abramov Quba rayonunun Qırmızı Qəsəbə yəhudi sinaqoqunun bərpasından sonrakı açılışında deyib.

Bərpa edilmiş "Gilyaklar" sinaqoqunun təntənəli açılış mərasimi ötən bazar dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun iştirakı ilə baş tutub.

"Azərbaycanın Konstitusiyası dini etiqad azadlığı, dini tolerantlıq və bütün dünya dinlərinin sülh və dostluq şəraitində yaşamasını nəzərdə tutur", - Orucov deyərək Azərbaycanda antisemitizm baxışlarının olmamasını qeyd edib.

Sinaqoqun bərpası sədrinin German Zaxaryayev olduğu Zaxaryayevlər ailəsinin dəstəyi ilə həyata keçirilib. O, dağ yəhudilərinin "STMEGİ" Beynəlxalq Fondunun prezidentidir və məşhur Amerika yazıçısı, yəhudi klassiki Şolom Aleyxemin nəvəsi Bell Kaufmanın diplomu ilə təltif olunub. "STMEGİ" Beynəlxalq Fondu Azərbaycanda islam-iudaizm dialoqunun ilk təşəbbüskarı olub.

Zaxaryayevin sözlərinə görə, Qırmızı Qəsəbə beş min sakini ilə dünyada yəhudilərin kompakt yaşadığı yeganə yerdir. Buna Qubaya gələn xarici qonaqlar əmin olurlar.

Bərpa işləri nəticəsində 100 il bundan əvvəl tikilən sinaqoqun şəffaf qübbəsi tam bərpa edilib. Qübbənin başındakı Davudun ulduzu bütün yəhudi bayramlarında yandırılır. Qırmızı Qəsəbədə hazırda üç sinaqoq fəaliyyət göstərir.

Yəhudi ənənələrinə görə, Qırmız Qəsəbənin yəhudi dini icmasının ravini Elazara Azərbaycan Prezidenti İlham Əliyevi dua edib.

"Keçmiş sovet məkanının digər ölkələrindən fərqli olaraq, Azərbaycanda sinaqoqlar genişlənir və yaxşılaşdırılır", - Dağ Yəhudiləri Dini İcması idarə heyətinin sədri Boris Simanduyev bildirib.

"Qudyalçay iki sahili ayırır - sahillərin birində məscid, digərində isə sinaqoqlar görünür", - Samanduyev qeyd edib.

Hazırda "STMEGİ" Beynəlxalq Fondu 2011-ci ilin yayında Azərbaycanda Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının iştirakı ilə mədəniyyət və bəşəriyyətin dialoqu çərçivəsində keçiriləcək "İslam-iudaizm" beynəlxalq forumunun hazırlığına başlayıb.

Xəbər lenti

Xəbər lenti