...

Bakıda Parlament seçkilərində ilk dəfə səs verəcək gənc seçicilər üçün seminar keçirilib

Siyasət Materials 5 Oktyabr 2010 15:45 (UTC +04:00)
Azərbaycanda noyabrın 7-də keçiriləcək Parlament seçkilərində ilk dəfə səs verəcək gənc seçicilər üçün çərşənbə günü M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda seminar təşkil olunub.
Bakıda Parlament seçkilərində ilk dəfə səs verəcək gənc seçicilər üçün seminar keçirilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda noyabrın 7-də keçiriləcək Parlament seçkilərində ilk dəfə səs verəcək gənc seçicilər üçün çərşənbə axşamı M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda seminar təşkil olunub.

Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov seminar zamanı bildirib ki, rayon ərazisində builki Parlament seçkilərində 1 170 nəfər ilk dəfə olaraq səs verəcək. O, yeni səsvermə hüququ qazanmış gənclərin qarşıdan gələn Parlament seçkilərində aktiv olacaqlarına ümidvar olduğunu bildirib.

Seminar zamanı Gənclər və İdman Nazirliyinin ilk dəfə səs verəcək gənclər üçün hazırladığı kitabçalar paylanıldı.

Kitabçada Azərbaycanda parlamentarizmin tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri, Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsindən çıxarışlar öz əksini tapıb.

Seminar zamanı 16 saylı Yasamal Dairə Seçki Komissiyasının sədri Elçin Yusifov gənclərə seçki qanunvericiliyində göstərilən bəzi müddəalar barədə məlumat verdi, onları öz hüquqlarından istifadə edərək səs verməyə çağırdı.

Azərbaycanın Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdir. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti