...

Gürcüstan hücum etməmək haqqında sənədin imzalanmasına lüzum görmür - Prezident

Siyasət Materials 5 Oktyabr 2010 16:53 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiya ilə hücum etməmək haqqında sənədin imzalanmasına lüzum görmür.
Gürcüstan hücum etməmək haqqında sənədin imzalanmasına lüzum görmür - Prezident

Gürcüstan, Tbilisi, 5 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiya ilə hücum etməmək haqqında sənədin imzalanmasına lüzum görmür. Bu barədə Prezidentin mətbuat katibi Manana Mancqaladze Rusiya tərəfinin təşəbbüsünə cavab olaraq bugünkü ənənəvi birifinqdə deyib.

"Gürcüstanın hakimiyyət orqanları qəti mövqeyə malikdir və 2008-ci il avqustun 12-də imzalanmış altı bəndlik sazişin icrasını tələb edir. Gürcüstan mövcud sazişi bütünlüklə yerinə yetirir, Rusiya isə yox. Buna müvafiq olaraq, Gürcüstan hücum etməmək haqqında yeni sənədin imzalanmasına lüzum görmür", - Mancqaladze deyib.

Rusiya daim növbəti mərhələsi oktyabrın 14-də keçiriləcək Cenevrə danışıqlarında Gürcüstana hücum etməmək haqqında sənədin imzalanması şərtlərini təklif edir. Bununla yanaşı, Moskva Tbilisi və onun regionlarından mövcud sənədin imzalanmasını tələb edir. Tbilisi dəfələrlə bəyan edib ki, separatçılarla heç bir saziş imzalamaq niyyətində deyil, Moskva ilə də bunu imzalamağa hazır deyil.

Xəbər lenti

Xəbər lenti