...

Azərbaycanda partiyaların mitinq keçirməyə üstünlük verməsi digər taktikaların olmamasından xəbər verir – partiya sədri Fazil Mustafa

Siyasət Materials 6 Oktyabr 2010 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda partiyaların mitinq keçirməyə üstünlük verməsi onların digər taktikalarının olmamasından xəbər verir. Bu barədə çərşənbə günü Trend-ə açıqlamasında müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

"Başqa yeniliyi olmayan siyasi qüvvələr təkrarçılığa daha çox yol verirlər. Mitinqdən başqa bir düşüncə yoxdursa, belə adamlara deyə bilmirik ki, yeni dövrə, yeni reallıqlara uyğun taktika seçin. Bunu doğru hesab edirlərsə, bu, onların haqqıdır. Amma biz bunu doğru hesab etmirik", - Mustafa əlavə edib.

Azərbaycanın müxalif Xalq Cəbhəsi və Müsavat partiyaları oktyabrın 10-da mitinq keçirməyi planlaşdırır.

Mustafanın sözlərinə görə, ümumi mitinqlər seçkidə uğur qazanmağa təsir göstərməyəcək.

"Ümumi mitinqin konkret dairələrdə uğur qazanmaq istəyən namizədlərə nə aidiyyəti var? Bu cür mitinq taktikasını uğursuz hesab edirəm. Hər namizəd öz dairəsində fəaliyyətini genişləndirsə, daha çox uğur qazanmaq olar", - o qeyd edib.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti