...

Oktyabrın sonunda Tehranda Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə beştərəfli görüş keçiriləcək

Siyasət Materials 6 Oktyabr 2010 17:52 (UTC +04:00)
Oktyabrın sonunda Tehranda Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə beştərəfli görüş keçiriləcək.
Oktyabrın sonunda Tehranda Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə beştərəfli görüş keçiriləcək

Oktyabrın sonunda Tehranda Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə beştərəfli görüş keçiriləcək. Bu barədə İranın ISNA informasiya agentliyi məlumat verib.

Görüş Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Tükmənistanın xüsusi nümayəndələri səviyyəsində keçiriləcək. Görüşün məqsədi Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya üzərində iş aparmaqdan ibarətdir.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölü.dürülməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölüşdürülməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

2007-ci ildə Tehranda Xəzəryanı ölkə başçılarının ikinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin yekun razılaşdırılması və qəbulu üçün gələcək işin konkret istiqamətləri müəyyən olunub.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti