...

Məshəti türklərinin Gürcüstana köçürülməsi prosesinə 2011-ci ilin yanvarından başlanacaq

Siyasət Materials 7 Oktyabr 2010 11:06 (UTC +04:00)
Məshəti türklərinin Gürcüstana köçürülməsi prosesinə 2011-ci ilin yanvarından başlanacaq. Bu barədə jurnalistlərə reinteqrasiya məsələləri üzrə nazir Yelena Tevtoradze məlumat verib.
Məshəti türklərinin Gürcüstana köçürülməsi prosesinə 2011-ci ilin yanvarından başlanacaq

Gürcüstan, Tbilisi, 7 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Məshəti türklərinin Gürcüstana köçürülməsi prosesinə 2011-ci ilin yanvarından başlanacaq. Bu barədə jurnalistlərə reinteqrasiya məsələləri üzrə nazir Yelena Tevtoradze məlumat verib.

"Məshəti türklərinin repatriasiyası haqqında qanun artıq qüvvədədir. Onların Gürcüstana köçürülməsinə 2011-ci ilin yanvarından başlanacaq. İşğal olunmuş ərazilərdən zorla köçürülmüş şəxslər, Yerləşdirmə və Qaçqınların İşləri üzrə Nazirliyə repatriant statusu almaq haqqında ərizə ilə müraciət edərək, Gürcüstana gəlmək və istədikləri yaşayış yerini seçə bilmək imkanına malik olacaqlar", - Tevtoradze bəyan edib.

Bununla yanaşı, onun sözlərinə görə, Məshəti türklərinin köçürülməsi xərcləri dövlətin öhdəsində deyil və repatriantlar öz vəsaitləri hesabına yaşayış evləri alacaqlar.

Xəbər lenti

Xəbər lenti