...

ABŞ Gürcüstanın işğal olunmuş ərazilər üzrə dövlət strategiyasının həyata keçirilməsində iştirak etməyə hazırdır

Siyasət Materials 7 Oktyabr 2010 16:40 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları Gürcüstanın işğal olunmuş ərazilər üzrə dövlət strategiyasının həyata keçirilməsində iştirak etməyə hazırdır.
ABŞ Gürcüstanın işğal olunmuş ərazilər üzrə dövlət strategiyasının həyata keçirilməsində iştirak etməyə hazırdır

Gürcüstan, Tbilisi, 7 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Amerika Birləşmiş Ştatları Gürcüstanın işğal olunmuş ərazilər üzrə dövlət strategiyasının həyata keçirilməsində iştirak etməyə hazırdır. Bu barədə bu gün Gürcüstanın Baş naziri Nika Qiluarinin dövlət katibi Hillari Klintonla görüşünün yekunları ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

"ABŞ Gürcüstanın işğal olunmuş ərazilər üzrə dövlət strategiyasının məqsədlərini tanıyır və onun həyata keçirilməsində iştirak etməyə hazırdır", - bəyanatda deyilir.

Sənəddə növbəti dəfə vurğulanıb ki, ABŞ Gürcüstanın NATO-ya qoşulma cəhdini dəstəkləyir, ölkədə müdafiə sahəsində mövcud islahatları alqışlayır və Gürcüstanın NATO-nun Əfqanıstandakı əməliyyatların verdiyi töhfəni yüksək qiymətləndirir.

Bəyanatda deyilir ki, Gürcüstan mütləq şəkildə demokratik institutların inkişafı, siyasi plüralizm, seçki mühiti, KİV azadlığı, qanunun aliliyi və məhkəmə azadlığı kimi məsələlər üzərində işləməyi davam etdirməlidir.

Xəbər lenti

Xəbər lenti