...

Azərbaycanın hakim partiyasının vahid siyahısından kənar namizədliyini irəli sürmüş 45 partiya üzvündən 15-i ərizəsini geri götürüb

Siyasət Materials 8 Oktyabr 2010 12:35 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının vahid siyahısından kənar öz təşəbbüsü ilə namizədliyini irəli sürən 45 partiya üzvündən 15-i ərizəsini geri götürüb.
Azərbaycanın hakim partiyasının vahid siyahısından kənar namizədliyini irəli sürmüş 45 partiya üzvündən 15-i ərizəsini geri götürüb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyasının vahid siyahısından kənar öz təşəbbüsü ilə namizədliyini irəli sürən 45 partiya üzvündən 15-i ərizəsini geri götürüb, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Səyavuş Novruzov bildirib.

"Partiyanın vahid siyahısından kənar öz təşəbbüsü ilə namizədliyini irəli sürən 45 partiya üzvündən 15-i ərizəsini geri götürüb. Digər 30 imza vərəqi götürənlərin cəmi 16 nəfəri imza vərəqəsini geri qaytarıb", - Novruzov deyib.

Azərbaycan Milli Məclisinə seçkilər noyabrın 7-də keçiriləcək.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.
Novruzovun sözlərinə görə, Azərbaycanda keçiriləcək Parlament seçkisi ilə bağlı hakim partiyanın vahid siyahısında 113 şəxsin namizədliyi qeydiyyata alınıb; namizədliyi irəli sürülmüş iki nəfər öz namizədliyini geri götürüb.

Xəbər lenti

Xəbər lenti