...

9 ay ərzində Azərbaycanda 63 insan alveri faktı aşkarlanıb – DİN müavini

Siyasət Materials 8 Oktyabr 2010 13:44 (UTC +04:00)
2010-cu ilin 9 ayı ərzində Azərbaycanda 63 insan alveri faktı aşkarlanıb, beş cinayət qruplaşması zərərsizləşdirilib, 29 cinayətkar həbs olunub. Bu barədə Azərbaycan Milli Məclisinin iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov deyib.
9 ay ərzində Azərbaycanda 63 insan alveri  faktı aşkarlanıb – DİN müavini

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir М.Əliyev/

2010-cu ilin 9 ayı ərzində Azərbaycanda 63 insan alveri faktı aşkarlanıb, beş cinayət qruplaşması zərərsizləşdirilib, 29 cinayətkar həbs olunub. Bu barədə Azərbaycan Milli Məclisinin iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov deyib.

Cümə günü Parlament insan alveri ilə mübarizə üzrə Azərbaycanın milli koordinasiyaçısı, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun hesabatını dinləyib.

"Beynəlxalq axtarışa verilən cinayətkarlardan 13-ü İnterpol tərəfindən saxlanılıb və istintaq orqanlarına təhvil verilib, hazırda 43 cinayətkarın yaxalanması üzrə tədbirlər davam etdirilir", - nazir müavini deyib.

Onun sözlərinə görə, insan alverinin 32 qurbanından 25-i müvafiq reabilitasiya mərkəzlərinə yerləşdirilib. Onlardan hər birinə tibbi və psixoloji yardım göstərilib.

"Ötən dövr ərzində hüquq mühafizə orqanları tərəfindən dilənçilik və uşaqları qanunsuz əməyə cəlbetmə ilə bağlı 611 fakt aşkarlanıb", - deyə nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti