...

Bu günədək 1407 namizəd imza vərəqələrini dolduraraq dairə seçki komissiyalarına təqdim edib

Siyasət Materials 8 Oktyabr 2010 18:13 (UTC +04:00)
Bu günə 1407 namizəd imza vərəqələrini dolduraraq dairə seçki komissiyalarına təqdim edib. Bu barədə cümə günü Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədr Məzahir Pənahov deyib.
Bu günədək 1407 namizəd imza vərəqələrini dolduraraq dairə seçki komissiyalarına təqdim edib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir М.Əliyev/

Bu günə 1407 namizəd imza vərəqələrini dolduraraq dairə seçki komissiyalarına təqdim edib. Bu barədə cümə günü Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədr Məzahir Pənahov deyib.

"Artıq 460 nəfər Azərbaycanda parlament seçkilərində namizəd kimi qeydə alınıb", - Pənahov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda növbəti parlament seçkilərində deputat mandatı uğrunda mübarizəyə hazır olan 1436 namizəd dairə seçki komissiyalarına müraciət edib.

Azərbaycan Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdi. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Cümə günü MSK-nın iclasında bir neçə dairə seçki komissiyasının tərkibinə dəyişikliklər edilib, parlament seçkiləri, səlahiyyətli nümayəndələrin qeydiyyatı ilə bağlı MSK-ya edilən müraciətlərə baxılıb.

Azərbaycan MSK-nın sədri Məzahir Pənahov namizədləri parlament seçkilərində seçki qanunvericiliyini pozmamağa və qanun çərçivəsində təşviqat kampaniyası aparmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti