...

Elmar Məmmədyarov Gürcüstana səfəri çərçivəsində Mixail Saakaşvili ilə görüşəcək

Siyasət Materials 12 Oktyabr 2010 10:53 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixail Saakaşvili ilə görüşəcək.
Elmar Məmmədyarov Gürcüstana səfəri çərçivəsində Mixail Saakaşvili ilə görüşəcək

Gürcüstan, Tbilisi, 12 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixail Saakaşvili ilə görüşəcək. Gürcüstan XİN-dən Trend-ə bildirildiyi kimi, Məmmədyarovun həmçinin Baş nazir Nika Qilauri, xarici işlər naziri Qriqol Vaşadze və parlamentin vitse-spikeri ilə görüşləri planlaşdırılır.

Görüşlərdə Azərbaycan-Gürcüstan ikitərəfli və hərtərəfli münasibətlərinin aktual məsələləri və iki ölkə arasında gələcək inkişaf strategiyasının prioritet istiqamətləri müzakirə olunacaq.

Elmar Məmmədyarov oktyabrın 14-də Gürcüstana ikigünlük səfər edəcək.

Xəbər lenti

Xəbər lenti