...

Azərbaycan bölgələrində seçkilərlə bağlı ictimai tədbirlərin keçirilməsinə ehtiyac var - QHT rəhbəri

Siyasət Materials 12 Oktyabr 2010 12:00 (UTC +04:00)
Azərbaycanın bölgələrində seçkilərlə bağlı ictimai tədbirlərin keçirilməsinə ehtiyac var. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib.
Azərbaycan bölgələrində seçkilərlə bağlı ictimai tədbirlərin keçirilməsinə ehtiyac var - QHT rəhbəri

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın bölgələrində seçkilərlə bağlı ictimai tədbirlərin keçirilməsinə ehtiyac var. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib.

"Bölgələrdə vəzifələrini icra edən məmurlar da seçicilərin maarifləndirilməsinə dair tədbirlərin keçirilməsinə maraq göstərirlər", - Yaqubova deyib.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Mərkəz rəhbərinin sözlərinə görə, seçki maarifləndirilməsinə dair bölgələrdə keçirilən tədbirdə icra strukturlarının nümayəndələri aktiv iştirak ediblər.

Yaqubova seçkilərdə qadın seçicilərin daha çox cəlb olunmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti