...

Sloveniyanın Lyublyana Universitetində Azərbaycana həsr edilən tədbir keçirilib (FOTO)

Siyasət Materials 12 Oktyabr 2010 12:09 (UTC +04:00)
Sloveniyanın Lyublyana Universitetində Azərbaycana həsr edilən tədbir keçirilib.
Sloveniyanın Lyublyana Universitetində Azərbaycana həsr edilən tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir S.Ağayeva/

Sloveniyanın Lyublyana Universitetində Azərbaycana həsr edilən tədbir keçirilib.

İki xalqın bir-birini yaxından tanımasına, elmi-mədəni mübadiləni dəstəkləməyə xidmət edən tədbir Lyublyana Universitetinin fəlsəfə fakültəsinin etnologiya və mədəni antropologiya kafedrasında keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Sloveniyadakı səfirliyindən məlumat verilib.

Tədbirdə tanınmış fotojurnalist, rəssam və tərcüməçi xanım Vesna Çrnivets tələbələr qarşısında mühazirə ilə çıxış edib. Çrnivets Azərbaycanın tarixi, etnoqrafiyası, arxeologiyası, qədim mədəni irsi, müasir sosial-iqtisadi durumu və ölkənin üzləşdiyi problemlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, qaçqın və məcburi köçkün uşaqların vəziyyəti haqqında məlumat verib.

Təqdimat zamanı Qobustan qoruğu, İçərişəhər, Şirvanşahlar kompleksi, Atəşgah məbədi daxil olmaqla, Azərbaycanın mədəni irsinə həsr edilmiş bir sıra foto və videomateriallar nümayiş etdirilib. İştirakçılar, həmçinin Çrnivets tərəfindən Lahıc məktəblilərinin iştirakı ilə çəkilmiş "Lahıca xoş gəlmisiniz" filmi ilə tanış olublar.

Mühazirənin sonunda xanım Çrnivets, professor Şmitek və tədbirdə iştirak edən Azərbaycanın Sloveniyada müvəqqəti işlər vəkili Emil Həsənov tələbələrin çoxsaylı suallarına cavab veriblər.

Xəbər lenti

Xəbər lenti