...

Azərbaycanın hakim partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında iştirak edəcək

Siyasət Materials 12 Oktyabr 2010 12:56 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında iştirak edəcək.
Azərbaycanın hakim partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında iştirak edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə partiyanın mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Yeni Azərbaycan Partiyasını dekabrın 1-4-də Kambocanın paytaxtı Pnompendə keçiriləcək "Xoşbəxt gələcək üçün Asiya töhfələri" adlı VI Baş Assambleyaya dəvət edib.

2000-ci ildə yaradılan və Asiya ölkələrində fəaliyyət göstərən siyasi partiyaları özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) ilə Yeni Azərbaycan Partiyası arasında mövcud olan əlaqələr artıq bir neçə ildir davam edir. Belə ki, ICAPP-da aktiv fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası 2009-cu ildə bu qurumun Daimi Komitəsinin üzvü seçilib.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiya ideologiyasının əsasında azərbaycançılıq, vətəndaş həmrəyliyi, demokratik dəyərlər dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti