...

Yaxın günlərdə Bakıda Fələstin səfirliyi açılacaq

Siyasət Materials 13 Oktyabr 2010 09:00 (UTC +04:00)
Fələstin Milli Muxtariyyətinin Bakıda səfirliyi, ola bilsin ki, oktyabrın sonunda açılacaq. Bu barədə Trend-ə Fələstin Muxtariyyətində adının çəkilməsini istəməyən diplomatik mənbə bildirib.
Yaxın günlərdə Bakıda Fələstin səfirliyi açılacaq

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Ü.Sadıxova/

Fələstin Milli Muxtariyyətinin Bakıda səfirliyi, ola bilsin ki, oktyabrın sonunda açılacaq. Bu barədə Trend-ə Fələstin Muxtariyyətində adının çəkilməsini istəməyən diplomatik mənbə bildirib.

"Azərbaycan Xarici İşlər Nazirliyi Fələstinə xəbər verib ki, artıq səfirliyin binası hazırdır və yaxın günlərdə Bakıda diplomatik korpusun açılışı məsələsi üzrə məsləhətləşmələr aparılacaq", - mənbədən bildiriblər.

Dəqiq açılış tarixi hələ məlum deyil.

Fələstin administrasiyasının xarici işlər naziri Riyad əl-Malikinin Bakıya ilk səfərindən sonra Azərbaycan Ramallahda Fələstin administrasiyasının rəhbərliyi ilə siyasi məsləhətləşmələri ötən il oktyabrın sonunda sürətləndirilib.

Səfər zamanı əl-Maliki bu il muxtariyyətin Azərbaycanda səfirlik açmaq niyyətini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti