...

Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Siyasət Materials 12 Oktyabr 2010 21:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Mavritaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sidi Mohamed Ould Taleb Amarın etimadnaməsini qəbul etmişdir, - bu barədə AzərTAc Dövlət Agentliyi xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Mavritaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sidi Mohamed Ould Taleb Amarın etimadnaməsini qəbul etmişdir, -  bu barədə  AzərTAc  Dövlət  Agentliyi  xəbər verir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Sidi Mohamed Ould Taleb Amar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməsindən və Mavritaniyanın Azərbaycanda ilk səfiri olmasından şərəf duyduğunu dedi. O, ölkəsinin beynəlxalq təşkilatlarda istənilən məsələ ilə bağlı Azərbaycanla eyni mövqe nümayiş etdirməsini məmnunluqla vurğuladı. Mavritaniya Prezidentinin dost Azərbaycana səfərinə toxunan diplomat bu səfərin və səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına yeni bir təkan verdiyini bildirdi. Səfir Mavritaniyanın Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirməyə maraqlı olduğunu dedi və artıq bu istiqamətdə müvafiq addımların atıldığını qeyd etdi. Sidi Mohamed Ould Taleb Amar ölkəsinin Azərbaycanın mövqeyini bütün məsələlərdə, xüsusilə Dağlıq Qarabağ probleminin beynəlxalq təşkilatlar çərçivəsində həlli məsələsində bundan sonra da dəstəkləyəcəyini bildirdi.

Dövlətimizn başçısı Azərbaycan ilə Mavritaniya arasında ikitərəfli münasibətlərin sürətli inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Mavritaniya Prezidentinin ölkəmizə səfərinin bu münasibətlərin inkişafında xüsusi rol oynadığını, səfərdən sonra müxtəlif səviyyələrdə artıq konkret addımların atıldığını dedi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Mavritaniya tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti