...

Bakıda aşkarlanmış döyüş sursatları süni partlatma yolu ilə məhv edilib - FHN

Siyasət Materials 13 Oktyabr 2010 11:52 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi İnternet-saytının çərşənbə günü yaydığı məlumata görə, oktyabrın 11-də Xətai rayonu ərazisində hərbi sursatların aşkarlanması barədə məlumat daxil olub.
Bakıda aşkarlanmış döyüş sursatları süni partlatma yolu ilə məhv edilib - FHN

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Bakıda aşkarlanmış döyüş sursatları süni partlatma yolu ilə məhv edilib.

Fövqəladə Hallar Nazirliyi İnternet-saytının çərşənbə günü yaydığı məlumata görə, oktyabrın 11-də Xətai rayonu ərazisində hərbi sursatların aşkarlanması barədə məlumat daxil olub. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların 2 ədəd 85 mm və 3 ədəd 120 mm döyüş başlığı olmayan top mərmiləri olduğu müəyyən edilib. Oktyabrın 12-də saat 14:40-da qeyd olunan mərmilər Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının mütəxəssislərinin iştirakı ilə müvafiq ayrılmış yerdə süni partlatma yolu ilə məhv edilib.

Xəbər lenti

Xəbər lenti