...

2011-ci ildə Azərbaycan xarici siyasət fəaliyyətinin təmininə büdcə xərclərini artıracaq

Siyasət Materials 13 Oktyabr 2010 14:14 (UTC +04:00)
2011-ci ildə Azərbaycan Dövlət Büdcəsinin xarici siyasi fəaliyyətinin maddi təminatına xərcləri artırılıb. Bu barədə Milli Məclisin iclasında Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə komitəsinin sədri, deputat Səməd Seyidov deyib.
2011-ci ildə Azərbaycan xarici siyasət fəaliyyətinin təmininə büdcə xərclərini artıracaq

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

2011-ci ildə Azərbaycan Dövlət Büdcəsinin xarici siyasi fəaliyyətinin maddi təminatına xərcləri artırılıb. Bu barədə Milli Məclisin iclasında Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə komitəsinin sədri, deputat Səməd Seyidov deyib.

"Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin təmininə indiki büdcədən 100 milyon manat ayrılıb", - Seyidov qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanın səfirlik, konsulluq və daimi nümayəndəliklərinin saxlanılması üçün 51 milyon manat, xaricdə tədbirlərin keçirilməsinə 34 milyon manat, Azərbaycanın beynəlxalq imicinin artırılmasına 15 milyon manat ayrılıb.

Səmədəvon sözlərinə görə, hazırda Azərbaycanın xaricdə 66 səfirlik və konsulluğu var.

"Qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan səfirliklərini bağlamır, hətta ölkə yenilərini açır", - Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti