...

Moskvada MDB-yə üzv ölkələrin alim və yaradıcı ziyalılarının 5-ci Forumu keçiriləcək

Siyasət Materials 13 Oktyabr 2010 14:50 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "İnnovativ və humanitar sahədə əməkdaşlıq - MDB ölkələrinin dinamik inkişafının əsasıdır" şüarı altında gerçəkləşəcək tədbir Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda baş tutacaq.
Moskvada MDB-yə üzv ölkələrin alim və yaradıcı ziyalılarının 5-ci Forumu keçiriləcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Moskvada oktyabrın 14-də MDB ölkələrinin alim və yaradıcı ziyalılarının 5-ci Forumuna start verilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "İnnovativ və humanitar sahədə əməkdaşlıq - MDB ölkələrinin dinamik inkişafının əsasıdır" şüarı altında gerçəkləşəcək tədbir Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda baş tutacaq.

Elm, təhsil, mədəniyyət və gənclər siyasətinin vacib problemlərinin və əməkdaşlıq perspektivlərinin birgə müzakirəsi, praktiki tədbirlərin müəyyən edilməsi Forumun əsas məqsədidir. Belə ki, forumların qəbul etdiyi yekun Qətnamə humanitar sahədə əməkdaşlığın real prioritetlərini göstərməklə əməli işin təşkilinə təkan verir.

Forum MDB-yə üzv dövlətlərin Humanitar Sahədə Əməkdaşlıq üzrə Şura və MDB-yə üzv dövlətlərin Humanitar Sahədə Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən keçirilir.

Forum çərçivəsində "Təhsil və gənclərin akademik və əmək mobilliyi", "Elm, texnologiya və innovasiyalar", "Tarixi-mədəni irs və müasir incəsənət", "KİV, ədəbiyyat və nəşriyyat", "Mədəni-maarif turizm", "Ekologiya və ətraf mühitin müdafiəsi" bölmələri, "MDB gənclərinin innovasiya layihələri" sərgisi və s. maraqlı tədbirlər keçiriləcək.

Forumda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayev təmsil edir. Nazir müavininin, eyni zamanda, "Birliyin gənc nəslinin dəstəklənməsi" Palatasında çıxışı da nəzərdə tutulub. Gənc alim, AMEA Fizika İnstitutunun əməkdaşı Nərmin Babayevanın hazırladığı cihaz isə innovasiya layihələri sərgisində nümayiş etdiriləcək.

Tədbir 15 oktyabr tarixində öz işinə yekun vuracaq.

Xəbər lenti

Xəbər lenti