...

Azərbaycanda sərbəst toplaşmaq üçün ayrılan yerlərin sayı ötən illə müqayisədə 131 yer çoxdur

Siyasət Materials 14 Oktyabr 2010 12:41 (UTC +04:00)
Azərbaycanda seçicilərlə görüşmək, sərbəst toplaşmaq üçün ayrılan yerlərin sayı ötən illə müqayisədə 131 yer çoxdur. Trend-in "Azərbaycan" qəzetinə istinadən verdiyi məlumata görə, onlardan 91-i açıq, 40-ı qapalıdır. Sərbəst toplaşmaq üçün ayrılmış yerlərin ümumi sayı 4930-dur ki, bu da ötən illə müqayisədə 131 yer çox deməkdir, onlardan 2676-sı açıq yerlərdə, 2254-ü isə qapalı yerlərdədir.

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda seçicilərlə görüşmək, sərbəst toplaşmaq üçün ayrılan yerlərin sayı ötən illə müqayisədə 131 yer çoxdur. Trend-in "Azərbaycan" qəzetinə istinadən verdiyi məlumata görə, onlardan 91-i açıq, 40-ı qapalıdır. Sərbəst toplaşmaq üçün ayrılmış yerlərin ümumi sayı 4930-dur ki, bu da ötən illə müqayisədə 131 yer çox deməkdir, onlardan 2676-sı açıq yerlərdə, 2254-ü isə qapalı yerlərdədir.

"Azərbaycan" qəzetində dərc olunmuş məlumatda qeyd olunur ki, işğal altında olan rayonlardan yeddi Dairə Seçki Komissiyası 118 saylı Ağdam şəhər, 120 saylı Qubadlı-Cəbrayıl, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Ağdam-Şuşa-Xocalı-Xocavənd və 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki komissiyaları üzrə seçicilər müvəqqəti məskunlaşdıqları bölgələrdə müəyyən edilmiş açıq və qapalı yerlərdən istifadə edə bilərlər.

Füzuli rayonunun Horadiz qəsəbəsində təhlükəsizlik baxımından açıq yer müəyyən edilməyib. DSK olmayan Naftalan şəhərində, Daşkəsən, Siyəzən və Xızı rayonlarının mərkəzində açıq və qapalı yerlər müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının 7 DSK-sı barədə məlumat daxil olunayıb.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti