...

Rusiya Yaxın Şərq münaqişəsinin nizamlanmasında mütləq daha fəal olacaq – politoloq Aleksey Vlasov

Siyasət Materials 15 Oktyabr 2010 09:00 (UTC +04:00)
Rusiya Yaxın Şərqdə sülh prosesinin irəliləməsi üçün daha fəal rol oynaycaq, lakin başqa beynəlxalq vasitəçilər kimi, onun da uğur qazanacağına zəmanət yoxdur.
Rusiya Yaxın Şərq münaqişəsinin nizamlanmasında mütləq daha fəal olacaq – politoloq Aleksey Vlasov

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Ü.Sadıxova/

Rusiya Yaxın Şərqdə sülh prosesinin irəliləməsi üçün daha fəal rol oynaycaq, lakin başqa beynəlxalq vasitəçilər kimi, onun da uğur qazanacağına zəmanət yoxdur. Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov belə hesab edir.

"Rusiya Yaxın Şərq məsələsinin nizamlanmasında mütləq daha fəallıq nümayiş etdirəcək. Lakin münaqişə 1948-ci ildən etibarən davam edir, həll formulu isə indiyə qədər tapılmayıb və heç bir beynəlxalq vasitəçi bu halda kömək etməyəcək", - Trend-in jurnalistləri ilə görüşdə "Vestnik Kavkaza" analitik-informasiya agentliyinin baş redaktoru Vlasov bildirib.

Rusiya politoloqunun fikrincə, sülh prosesində durğunluq daha çox Fələstin və İsrailin daxili problemləri səbəbindən baş verir.

"Fələstin və İsrailin daxilində fikir ayrılıqları çox sıx şəkildə əlaqəlidir. İsrailin istənilən hökuməti sanki "barıt çəlləyinin" üstündə oturur", - Vlasov qeyd edib.

Onun fikrincə, belə vəziyyətdə hətta Rusiyanın vasitəçiliyi vəziyyəti dalandan çıxara bilməz.

Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Aleksandr Saltanov çərşənbə günü İsrail XİN rəhbəri Aviqdor Libermanla görüşdə İsrailin məskunlaşma fəaliyyəti ətrafında fikir ayrılıqları da daxil olmaqla, regional sülh prosesinin irəliləməsi üçün maneələrin aradan qaldırılmasının zəruriliyini bəyan edib. Bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Əsas mövzusu "İsrail-Fələstin danışıqlarının davam etdirilməsi perspektivini nəzərə alaraq, Yaxın Şərqdəki vəziyyətin müxtəlif aspektləri" olan görüş, Saltanovun İsrailə və Fələstin Milli Administarsiyasının ərazisinə səfəri çərçivəsində baş tutub. "RİA Novosti" yazır.

"İndi Fələstin probleminin nizamlanmasını təmin etmək üçün lazım olan hər şeyi etmək lazımdır. Bu baxımdan, danışıqlar prosesinin irəliləməsi yolunda mövcud maneələri, xüsusən də İsrailin işğal olunmuş Fələstin ərazilərində məskunlaşma fəaliyyəti ilə bağlı olan problemi aradan qaldırmaq lazımdır", - Rusiya xarici işlər nazirinin müavini vəzifəsini də tutan Saltanova istinadən press-relizdə deyilir.

Münaqişənin həllinə dair birbaşa Fələstin-İsrail danışıqları məskunlaşma məsələsində fikir ayrılığı səbəbindən pozulma təhlükəsi altındadır. Fələstinlilər danışıqlar prosesində gələcək iştiraklarını İordan çayının qərb sahilində yəhudi məskənlərinin tikintisinə moratoriumun qoyulması ilə əlaqələndiriblər və bununla yanaşı, İsrail rəhbərliyinin "İsrailin yəhudi dövləti kimi tanınması əvəzinə məskunlaşmanı dayandırmaq" təklifini rədd ediblər.

Saltanov Libermanla ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə edib. "İlk növbədə, noyabrda keçiriləcək Rusiya-İsrail hökumətlərarası komissiyasının iclası ərəfəsində perspektivli elmi sahələrdə əməkdaşlığı müzakirə ediblər", - Rusiya XİN-in məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti