...

Azərbaycanda seçki prosesində yeni texnologiyaların tətbiqi müzakirə olunub

Siyasət Materials 15 Oktyabr 2010 12:56 (UTC +04:00)
Azərbaycanda seçki prosesində yeni texnologiyaların tətbiqi müzakirə olunub.
Azərbaycanda seçki prosesində yeni texnologiyaların tətbiqi müzakirə olunub

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda seçki prosesində yeni texnologiyaların tətbiqi müzakirə olunub.

"Seçki prosesində yeni texnologiyaların tətbiqi: beynəlxalq və milli təcrübə" adlı konfrans cümə günü insan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə birgə işçi qrupu tərəfindən keçirilib.

İşçi qrupun üzvü olan bolqarıstanlı ekspert Daniel Stoyanov çıxışında bildirib ki, seçkilər davamlı, dayanıqlı demokratiyanın təməl sütunlarından biridir. Onun sözlərinə görə, seçkilər prosesində rast gəlinən bir çox problemlər var ki, onları beynəlxalq təcrübəyə arxalanaraq həll etmək mümkündür.

Birgə işçi qrupun üzvü Əliməmməd Nuriyev tədbirdə bildirib ki, Mərkəzi Seçki Komissiyasına namizədliyini irəli sürmək üçün müraciət edənlərin sayına görə, hər bir deputat yerinə doqquz  namizəd var. "Bu onu göstərir ki, qarşıdan gələn seçkilər kifayət qədər rəqabət şəraitində keçəcək", - o bildirib.

Konfransda dünyada özünü təsdiqləmiş seçki texnologiyalarının təhlillərinin aparılması, seçki sahəsində tanınmış ekspertlərin təcrübəsinin öyrənilməsi, eyni zamanda, milli və beynəlxalq təcrübə müzakirə olunub.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti