...

Azərbaycan Dövlət Sərhəd Xidməti zastavada baş vermiş silahlı insidentin səbəblərini açıqlayıb

Siyasət Materials 15 Oktyabr 2010 13:13 (UTC +04:00)
DSX mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, oktyabrın 13-də Göytəpə Sərhəd Dəstəsinin "N" saylı sərhəd zastavasında 19 yaşlı Samir Eldar oğlu Abbasov ehtiyatsızlıq nəticəsində atəş açaraq əsgər yoldaşı, 2010-cu ilin yanvarında xidmətə çağırılmış 19 yaşlı Pərvin Natiq oğlu Heydərovu yaralayıb. Güllə yarası alan əsgər dünyasını dəyişib.
Azərbaycan Dövlət Sərhəd Xidməti zastavada baş vermiş silahlı insidentin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) cənub bölgəsindəki sərhəd zastavasında baş vermiş silahlı insidentin səbəblərini açıqlayıb.

DSX mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, oktyabrın 13-də Göytəpə Sərhəd Dəstəsinin "N" saylı sərhəd zastavasında 19 yaşlı Samir Eldar oğlu Abbasov ehtiyatsızlıq nəticəsində atəş açaraq əsgər yoldaşı, 2010-cu ilin yanvarında həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı Pərvin Natiq oğlu Heydərovu yaralayıb. Güllə yarası alan əsgər dünyasını dəyişib.

Abbasov 2009-cu ilin oktyabrında Tovuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti