...

Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Gürcüstan Müsəlmanları İttifaqının müraciətinə baxıblar

Siyasət Materials 15 Oktyabr 2010 15:57 (UTC +04:00)
Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Gürcüstan Müsəlmanları İttifaqının müraciətinə baxıblar.
Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Gürcüstan Müsəlmanları İttifaqının müraciətinə baxıblar

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Gürcüstan Müsəlmanları İttifaqının müraciətinə baxıblar.

"Biz Gürcüstan və Azərbaycan üçün vacib olan bütün məsələlərə baxmışıq", - cümə günü Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında onun gürcü həmkarı Qriqol Vaşadze deyib.

Beləliklə, o, Gürcüstan Müsəlmanları İttifaqının Azərbaycanın xarici işlər nazirinə istiqamətlənmiş müraciəti ilə bağlı jurnalistlərin suallarına aydınlıq gətirib.

Həmin müraciətdə İttifaqın icraçı orqanının üzvü axund Rizvan Almazov Azərbaycan hakimiyyətini Azərbaycanın Qax rayonunda yaşayan gürcülərin hüquqlarını müdafiə etməyə çağırıb. "Gürcüstanda dini və etnik əlamətlər üzrə azərbaycanlıların hüquqları məhdudlaşdırılmır və pozulmur. Biz məscidlərimizdə azad şəkildə ibadət edirik. Bizdən fərqli olaraq, Sainqiloda yaşayan gürcülərlə bağlı yerli hakimiyyət və hüquq-mühafizə orqanları dəfələrlə problemlər yaradıblar. Sainqilo gürcülərinə hələ də Kurmuxda Müqəddəs Georgi kilsəsinə gedib azad şəkildə ibadət etməyə icazə verilmir. Biz Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarova Sainqiloda yaşayan gürcülərə təzyiqin aradan qaldırılması məsələsi ilə bağlı müraciət edirik", - İttifaqın bəyanatında deyilir.

"Biz bütün mübahisəli məsələrə baxmışıq, lakin siz məndən bu məsələlər haqqında hesabat tələb edə bilməzsiniz", - Vaşadze vurğulayıb.

Görüşdən sonra Elmar Məmmədyarov Azərbaycan diasporunun nümayəndələri ilə görüşmək üçün Gürcüstanın xarici işlər naziri ilə birlikdə azərbaycanlıların kompakt yaşadığı Marneuliyə yola düşüb.

Xəbər lenti

Xəbər lenti