...

Azərbaycanda seçki məntəqələrinin üzvləri üçün yaddaş kitabçası nəşr olunub

Siyasət Materials 16 Oktyabr 2010 12:53 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün "Seçki günü üçün yaddaş" kitabçası nəşr etdirib.
Azərbaycanda seçki məntəqələrinin üzvləri üçün yaddaş kitabçası nəşr olunub

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün "Seçki günü üçün yaddaş" kitabçası nəşr etdirib. Trend-in məlumatına görə, MSK-nın mətbuat xidməti bu barədə şənbə günü məlumat yayıb.

MSK-nın məlumatında qeyd olunub ki, kitabçaların aşağı seçki komissiyalarına çatdırılması təmin olunub.

Yaddaş kitabçasının girişində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciəti yer alıb. Müraciətdə MSK sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.

"Seçki günü üçün yaddaş"da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Kitabça Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq nəşr edilib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti