...

Azərbaycan ombudsmanı ATƏT-in seçkiləri müşahidə missiyasının sədri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Siyasət Materials 16 Oktyabr 2010 15:16 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ATƏT-in Azərbaycanda parlament seçkilərini müşahidə edəcək missiyasının sədri xanım Odri Qloverlə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Azərbaycan ombudsmanı ATƏT-in seçkiləri müşahidə missiyasının sədri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ATƏT-in Azərbaycanda parlament seçkilərini müşahidə edəcək missiyasının sədri xanım Odri Qloverlə əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda deyilir.

ATƏT-in müşahidə missiyasının sədri ilə görüş zamanı Azərbaycan ombudsmanı insan hüquqları, o cümlədən vətəndaşların seçki hüququnun müdafiəsi və təmini sahəsində səmərəli fəaliyyəti, MSK ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasını, seçki hüququ ilə bağlı birgə seminarların keçirildiyini, habelə polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işinin səmərəli olduğunu, hər seçkilərdə olduğu kimi, ombudsman və Aparatın əməkdaşlarının bu seçki prosesində də müşahidəçi qismində iştirak edəcəklərini və artıq qeydiyyatdan keçdiklərini deyib.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti