...

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidentini və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədriniqəbul etmişdir

Siyasət Materials 16 Oktyabr 2010 17:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vitali Smirnovu və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədri Vladimir Lisini qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidentini və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədriniqəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vitali Smirnovu və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədri Vladimir Lisini qəbul etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlara toxunulmuş, beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılmışdır. Azərbaycanda mütəmadi olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bu tədbirlərin yüksək səviyyədə təşkil edildiyi qeyd olunmuşdur.

Söhbət zamanı Azərbaycanın Beynəlxalq Olimpiya hərəkatında fəal iştirak etdiyi bildirilmiş, ölkəmizin bu sahədə əldə etdiyi uğurların əhəmiyyəti vurğulanmışdır.

Xəbər lenti

Xəbər lenti