...

Gürcütan XİN Perevidən Rusiya qoşunlarının çıxarılmasını qiymətləndirməkdən çəkinir

Siyasət Materials 18 Oktyabr 2010 15:31 (UTC +04:00)
Gürcüstan XİN Saçxeri rayonunun Perevi kəndindən Rusiya qoşunlarının çıxarılmasını qiymətləndirməkdən çəkinir.
Gürcütan XİN Perevidən Rusiya qoşunlarının çıxarılmasını qiymətləndirməkdən çəkinir

Gürcüstan, Tbilisi, 18 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan XİN Saçxeri rayonunun Perevi kəndindən Rusiya qoşunlarının çıxarılmasını qiymətləndirməkdən çəkinir.

Bu gün birifinqdə xarici işlər nazirinin müavini Nino Kalandadzenin bəyan etdiyi kimi, dinamikanı qiymətləndirmək hələ ki çətindir. Belə ki, qoşunların Perevini tərk etdiyi, lakin bir neçə müddətdən sonra geri qayıtdığı hallar olub.

"Hazırkı mərhələdə Perevidə Rusiya qoşunlarının cüzi hərəkəti müşahidə olunur. Bu hərəkətin nə dərəcədə etibar qazandığını demək çətindir. İşğalçılar həqiqətən Perevini tərk etsələr, biz bunu yalnız alqışlayacağıq. Lakin konkret uğur Rusiyanın atəşkəs haqqında altıbəndlik sazişin şərtlərini yerinə yetirməsi olacaq", - Kalandadze deyib.

Xəbər lenti

Xəbər lenti