...

Venesiya Komissiyası Gürcüstanın yeni Konstitusiyasına dair yekun rəyini dərc etdirib

Siyasət Materials 19 Oktyabr 2010 10:41 (UTC +04:00)
Oktyabrın 18-də Venesiya Komissiyası Gürcüstanın yeni Konstitusiya islahatlarına dair yekun rəyini dərc etdirib.
Venesiya Komissiyası Gürcüstanın yeni Konstitusiyasına dair yekun rəyini dərc etdirib

Gürcüstan, Tbilisi, 19 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Oktyabrın 18-də Venesiya Komissiyası Gürcüstanın yeni Konstitusiya islahatlarına dair yekun rəyini dərc etdirib.

Komissiyanın 15-16 oktyabr tarixli iclaslarında qəbul etdiyi rəydə Gürcüstanda 2013-cü ildə yeni seçiləcək prezidentin and içməsindən sonra qüvvəyə minəcək yeni Konstitusiya sistemində "mühüm irəliləyişlər"in olduğu qeyd edilir.

"Buna baxmayaraq, komissiya hesab edir ki, gələcəkdə parlamentin səlahiyyətlərinin daha da artırılması arzu olunardı. Bu nöqteyi-nəzərdən, hökumətin formalaşdırılması haqqında qaydalar, xüsusilə, etimadsızlıq rəyinin elan olunması, həmçinin, büdcə məsələlərində parlamentin səlahiyyətlərinə dair məsələlərə yenidən baxılmalıdır", - Venesiya Komissiyası bəyan edir.

Xəbər lenti

Xəbər lenti