...

Misirdə Azərbaycanın Milli Müstəqillik Gününə həsr olunmuş məqalələr və müsahibə dərc edilib

Siyasət Materials 19 Oktyabr 2010 14:53 (UTC +04:00)
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayevin ərəb dünyasında geniş şəkildə oxunan ərəbdilli "əl-Əhram" və "əl-Əxbar", ingilisdilli "Egyptian Gazette" qəzetlərində 18 oktyabr - Azərbaycanın Milli Müstəqillik Gününə həsr olunmuş məqalələri və müsahibəsi dərc edilib.
Misirdə Azərbaycanın Milli Müstəqillik Gününə həsr olunmuş məqalələr və müsahibə dərc edilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayevin ərəb dünyasında geniş şəkildə oxunan ərəbdilli "əl-Əhram" və "əl-Əxbar", ingilisdilli "Egyptian Gazette" qəzetlərində 18 oktyabr - Azərbaycanın Milli Müstəqillik Gününə həsr olunmuş məqalələri və müsahibəsi dərc edilib. Bu barədə səfirlikdən çərşənbə axşamı Trend-ə daxil olan məlumatda deyilir.

Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi barəsində ətraflı məlumat verib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən səfir Abdullayev, Azərbaycanın neft və qaz ixracı kəmərləri şəbəkəsi vasitəsilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını və mədən sənayesində şəffaflıq təşəbbüsünü fəal şəkildə dəstəkləyən dövlətlərdən olduğunu qeyd edib.

Neft və qaz sektoru ilə bərabər, ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlərə toxunan səfir, 2003-cü illə müqayisədə 2009-cu ildə Azərbaycanda yoxsulluğun 49 faizdən 11 faizə qədər azaldığını, Azərbaycanın xarici valyuta ehtiyatlarının 26 milyard ABŞ dollarından artıq olduğunu, son 5 ildə iqtisadiyyatın 2,6, büdcə xərclərinin isə 10 dəfə artdığını vurğulayıb.

Məqalədə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, biznez mühitinin daha da yaxşılaşdırılması, Azərbaycanın Dünya Bankının "Doing Business" kateqoriyası üzrə lider olması, informasiya və kompüter texnologiyalarının inkişafı sahəsində regional mərkəzə çevrildiyi haqqında ətraflı məlumat verən səfir, müstəqilliyinin ilk illərində xarici donor və humanitar yardımların alıcısı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti