...

Azərbaycanda bu ilin 9 ayı ərzində 761 017 yol hərəkəti pozuntusu baş verib

Siyasət Materials 19 Oktyabr 2010 16:05 (UTC +04:00)
Azərbaycanda bu ilin 9 ayı ərzində Dövlət Yol Polisi əməkdaşları 761 017 yol hərəkəti pozuntusu aşkar edib
Azərbaycanda bu ilin 9 ayı ərzində 761 017 yol hərəkəti  pozuntusu baş verib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda bu ilin 9 ayı ərzində Dövlət Yol Polisi əməkdaşları 761 017  yol hərəkəti  pozuntusu aşkar edib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, qeydə alınan pozuntuların 17 399-u nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi, 96 231-i müəyyən olunmuş sürət həddinin aşılması, 17 275-i ötmə qaydalarının pozulması, 38 030-u yolayırıcılarının keçilməsi qaydalarının pozulması, 5 336-sı sərnişindaşıma qaydalarının pozulması üzrə olub.

Yol hərəkəti qaydaları pozuntusuna görə, 81 268 sürücü yerində cərimələnib, 2 244 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Hesabat dövrü ərzində respublika ərazisində 1 906 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə, 640 nəfər həlak olubb, 1 990 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayı 69 (3,5%), ölənlərin sayı 2 nəfər (0,3%), yaralananların sayı 114 nəfər (5,4%) azalıb.

Xəbər lenti

Xəbər lenti