...

Azərbaycanın maliyyə sisteminin müdafiəsi üzrə ümumi tədbirlər hazırlamaq lazımdır – ABŞ-ın nazir müavini (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Siyasət Materials 19 Oktyabr 2010 17:52 (UTC +04:00)
İranın törətdiyi təhlükə səbəbindən, Azərbaycanın maliyyə sisteminin müdafiəsi üzrə ümumi tədbirlər hazırlamaq, ölkənin maliyyə sektorunun etibarını qorumağa kömək etmək və respublikaya investisiyaları cəlb etmək lazımdır.
Azərbaycanın maliyyə sisteminin müdafiəsi üzrə ümumi tədbirlər hazırlamaq lazımdır – ABŞ-ın nazir müavini (ƏLAVƏ OLUNUB-3) (FOTO)

RED. əlavəsi: Fotoşəkillər, ətraflı məlumat və son abzasdan əvvəlki yazılar əlavə olunub

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Konyayeva/

İranın törətdiyi təhlükə səbəbindən, Azərbaycanın maliyyə sisteminin müdafiəsi üzrə ümumi tədbirlər hazırlamaq, ölkənin maliyyə sektorunun etibarını qorumağa kömək etmək və respublikaya investisiyaları cəlb etmək lazımdır. Bu barədə çərşənbə axşamı Bakıda mətbuat konfransında ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Stüart Levi deyib.

"Dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan ABŞ-ın vacib strateji tərəfdaşıdır. Bundan çıxış edərək, ABŞ və Azərbaycanın İranın nüvə proqramı məsələsi ilə bağlı mövqelərini yaxınlaşdırmaq lazımdır", - Levi qeyd edib.

Onun sözlərinə görə, İran təkcə region ölkələri üçün deyil, həm də bütün dünya üçün təhlükə törədir. Azərbaycan və İranın coğrafi yaxınlığını nəzərə alaraq, Bakı daha diqqətli olmalıdır.

"Hazırda mən Azərbaycanın rəsmi nümayəndələri ilə müzakirələrin detallarını açıqlaya bilmərəm", - Levi qeyd edib.

"Biz yalnız İranın nüvə proqramının Azərbaycanın maliyyə sistemi üçün hansı risklər törədə biləcəyi məsələlərini müzakirə etmişik", - Levi vurğulayıb.

ABŞ və bəzi Qərb ölkələri İranı sülh atomu proqramı adı altında hərbi məqsədlər üçün nüvə silahını hazırlamaqda günahlandırırlar. İndiyədək BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların tətbiqinə yönələn altı qətnamə qəbul edib, onlardan dördü ondan uranın zənginləşdirilməsindən imtina etməyi tələb edir, ikisi isə xəbərdaredici xarakter daşıyır.

2010-cu il iyunun 9-da BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi üzrə işlərdən imtina etdiyinə görə, Tehrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan növbəti qətnamə qəbul edib. Bu, Tehranın dünya ictimaiyyətinin İranın nüvə proqramı ilə, o cümlədən, proqramın tərkib hissəsi olan hərbi məsələlərlə bağlı beynəlxalq tələbləri yerinə yetirməkdən imtina etdiyinə görə, Təhlükəsizlik Şurasının qəbul etdiyi, say etibarilə, dördüncü sanksiya xarakterli qətnaməsidir.

Sənəd İran gəmilərində yoxlamaların aparılması və ölkə gəmiçiliyinin məhdudlaşdırılması ilə yanaşı, İranın xaricdəki banklarının İranın nüvə və ya raket proqramına aidiyyəti olduğuna şübhə yarandıqda, onlara qarşı sanksiyaları da nəzərdə tutur. Qətnamədə İran banklarının, o cümlədən, Mərkəzi Bankın iştirakı ilə tranzaksiyaların keçirilməsi zamanı diqqətli olmağa və ölkələrə İranın maliyyə tranzaksiyalarını, o cümlədən, sığorta sahəsindəki tranzaksiyalarını blokadaya almağı tələb yox, çağırış səslənir.

Trend-in İranla Azərbaycan arasında BMT Təhlükəsizlik Şurasının 1929 saylı sonuncu qətnaməsinin tələblərini pozan hansısa ümumi layihələrin mövcud olub-olmadığı barədə sualına cavab olaraq, maliyyə nazirinin müavini bildirib ki, hazırda ABŞ-da Azərbaycanın böyük qaz kondensatı yatağı "Şahdəniz"in işlənməsi daxil olmaqla, həyata keçirilən İran-Azərbaycan layihələrinin qətnamənin tələblərinə uyğun olmaması ilə bağlı məlumata malik deyil".

Levinin sözlərinə görə, bununla belə, bu cür  layihələrin həyata keçirilməsi zamanı diqqətli olmaq lazımdır, belə ki, BMT TŞ-nin qətnaməsinə əsasən, İranın enerji sektoru və onun nüvə işləmələri arasında əlaqə mövcuddur.

"Ümumilikdə, mənim səfərimdə əsas məqsəd Azərbaycan hökumətinin nümayəndələri ilə beynəlxalq maliyyə sisteminin İranın nüvə proqramının doğurduğu təhdidlərdən qorunması və BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi üzrə məsləhətləşmələrin aparılmasından ibarətdir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti