...

Astana ilə Bişkəkin iqtisadi əməkdaşlığı Qırğızıstanda vəziyyətin sabitləşməsinə kömək edə bilərdi – ekspert Marta Olkott

Siyasət Materials 19 Oktyabr 2010 17:46 (UTC +04:00)
Qırğızıstanda vəziyyətin sabitləşməsinə Mərkəzi Asiyada daha sabit və iqtisadi cəhətdən inkişaf etmiş ölkə olan Qazaxıstanla iqtisadi əməkdaşlıq kömək edə bilərdi. Region üzrə məşhur amerikalı ekspert Marta Brill Olkott belə hesab edir.

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir S.Süleymanov/

Qırğızıstanda vəziyyətin sabitləşməsinə Mərkəzi Asiyada daha sabit və iqtisadi cəhətdən inkişaf etmiş ölkə olan Qazaxıstanla iqtisadi əməkdaşlıq kömək edə bilərdi. Region üzrə məşhur amerikalı ekspert Marta Brill Olkott belə hesab edir.

"Qazaxıstan güclü iqtisadiyyata malikdir. Və əgər o, Qırğızıstanın iqtisadi tərəfdaşı olarsa, bu, respublikada vəziyyətin sabitləşdirilməsi yolunda əsl həqiqi addım olacaq", - ABŞ-ın Karneqi Fondunun elmi əməkdaşı Olkott Trend-ə müsahibəsində bildirib.

Qırğızıstan yazda Prezident Kurmanbek Bakiyevin devrilməsindən sonra, siyasi böhran vəziyyətindədir.Vəziyyət qırğız və özbək icmaları arasında qarət və kütləvi qətllərlə müşayiət olunan etniklərarası toqquşmalardan sonra çətinləşib.

Olkottun sözlərinə görə, Qazaxıstan çətin vəziyyətə düşüb. Bir tərəfdən, o, ATƏT sədri kimi fəaliyyət göstərməli, digər tərəfdən, öz maraqlarını müdafiə etməlidir.

Qazaxıstan aprel ayında Qırğızıstanda sosial və siyasi vəziyyət sabitləşənədək qonşu ölkə ilə sərhədlərini bağlayıb.

Olkott Qazaxıstan rəhbərliyinin Qırğızıstana vəziyyətin sabitləşməsinə kömək etmək üçün polis dəstələrinin yeridilməsi barədə qərarını müsbət qiymətləndirib.

"Qazaxıstan siyasi yetkinlik nümayiş etdirdi və operativ qərar qəbul etdi. Başqaları hələ yavaş hərəkət edərək, necə davranmalı olduqları barədə düşündükləri vaxt, Qazaxıstan konkret kömək göstərməyə başladı", - o deyib.

Roza Otunbayevanın başçılıq etdiyi Qırğızıstanın Müvəqqəti Hökuməti etniklərarası toqquşmaların nisbətən daha kəskin dövründə beynəlxalq birliyə, o cümlədən, Rusiyaya kömək üçün müraciət edib.

"Müvəqqəti Hökumət xahiş etdiyi vaxt, heç kim hərbi yardım göndərmək barədə qərar qəbul etmədi", - Olkott deyir. - "Və əgər ABŞ-ın yubanmasını yenə necə də olsa başa düşmək və haqq qazandırmaq mümkündür, lakin Rusiyaya vəziyyəti sabitləşdirmək üçün öz əsgərlərini göndərməyə heç nə mane olmurdu".

Qırğızıstan NATO-nun üzvü deyil, ona görə də ekspertin sözlərinə görə, Əfqanıstan və İraqda məsuliyyət yükünə malik olan ABŞ bu addımı atmağa çətinlik çəkdi.
Lakin onun fikrincə, Rusiyanın hərəkətsizliyi regionda təhlükəsizliyin təmin olunması üçün yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolunu sual altında qoyur.

Olkott hesab edir ki, bu mənada, ATƏT-in qarşıdakı sammiti mühüm önəm kəsb edəcək. Təşkilatın təxsisedilmə anlayışını təzələməyin vaxtı çatıb. Çünki ATƏT-in özünün daxilində mürəkkəb çağırışların həllində onun rolu, yeri və imkanları haqqında vahid anlayış yoxdur.

"Qazaxıstanın sammit çağırmaq barədə təklifi və ona qulaq asılması o deməkdir ki, dünya birliyi Qazaxıstanın, ilk növbədə, Mərkəzi Asiya regionunda müəyyən rolunu etiraf edir", - Olkott deyir.

ATƏT sammitinin dekabrın 1-2-də Astanada keçirilməsi planlaşdırılıb. Sammitdə 55 dövlət başçısı, 65 beynəlxalq təşkilat başçısı, onları müşayiət edən nümayəndə heyətləri iştirak edəcək, mətbuatla birgə bir neçə min qonaq gələcək.

ATƏT-in yüksək səviyyədə sammitləri 1975-ci ildə təşkilatın yarandığı andan altı dəfə keçirilib. Onlardan sonuncusu 11 il bundan əvvəl İstanbulda keçirilib.

Xəbər lenti

Xəbər lenti