...

MSK indiyədək Azərbaycanda keçiriləcək Parlament seçkilərində iştirak üçün 732 namizədi qeydə alıb

Siyasət Materials 19 Oktyabr 2010 18:15 (UTC +04:00)
İndiyədək Azərbaycanda keçiriləcək Parlament seçkilərində iştirak etmək istəyən 732 namizəd qeydə alınıb. Bu barədə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
MSK indiyədək Azərbaycanda keçiriləcək Parlament seçkilərində iştirak üçün 732 namizədi qeydə alıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

İndiyədək Azərbaycanda keçiriləcək Parlament seçkilərində iştirak etmək istəyən 732 namizəd qeydə alınıb. Bu barədə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 311 şəxsin namizədliyinin qeydə alınmasından imtina edilib.

Yeni Azərbaycan Partiyasından 111, "AXCP-Müsavat" blokundan 38, "İslahat" blokundan 31, "Qarabağ" blokundan 32, "İnsan naminə" blokundan 21, Klassik Xalq Cəbhəsi Partiyasından 30, Azərbaycan Milli İstiqlal Partiyasından 25, Demokratik Azərbaycan Dünyası Partiyasından 20, Ana Vətən Partiyasından 7, Müasir Müsavat Partiyasından 7, Azərbaycan Sosial-Demokrat Partiyasından 2, Azərbaycan Milli Demokrat Partiyasından 2, Tərəqqi Partiyasından 1 nəfərin namizədliyi qeydə alınıb.

Çərşənbə axşamı Azərbaycan MSK namizədlərin parlament seçkiləri ilə bağlı müraciətlərinə baxıb. Baxılan 10 müraciətdən 2-nə müsbət cavab verilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədlinin xeyrinə toplanılan imzaların bir qismi etibarsız sayılıb və dairə seçki komissiyasının onun qeydiyyata alınmasından imtina edilməsi qərarı qüvvədə saxlanılıb.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti