...

Azərbaycanın millət vəkili İstanbulda I Dünya Türk Forumunda iştirak edəcək

Siyasət Materials 20 Oktyabr 2010 11:20 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva İstanbulda I Dünya Türk Forumunda iştirak edəcək.
Azərbaycanın millət vəkili İstanbulda I Dünya Türk Forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva İstanbulda I Dünya Türk Forumunda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin məlumatında deyilir.

Toplantı oktyabrın 20-dən 22-dək Türk Asiya Strateji Araşdırmalar Mərkəzi və Mardin Valiliyinin təşkilatçılığı ilə keçiriləcək. Türkiyə, Orta Asiya və Azərbaycan diasporlarının təmsilçilərinin qatıldığı Forumda deputatımız tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə ətraflı məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti