...

Gürcüstan XİN Rusiyanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırır

Siyasət Materials 20 Oktyabr 2010 14:05 (UTC +04:00)
RF XİN-in Moskvanın Sarkozi-Medvedev sazişini yerinə yetirdiyinə dair bəyanatı Rusiya tərəfinin öz üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərə əməl etməməsinə növbəti həyasız cəhddir.
Gürcüstan XİN Rusiyanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırır

Gürcüstan, Tbilisi, 20 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

RF XİN-in Moskvanın Sarkozi-Medvedev sazişini yerinə yetirdiyinə dair bəyanatı Rusiya tərəfinin öz üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərə əməl etməməsinə növbəti həyasız cəhddir. Bu barədə Gürcüstan XİN-in bəyanatında deyilir.

RF XİN-in bəyanatına görə, Rusiya sərhəd postunun Perevi yaşayış məntəqəsindən çıxması ilə Rusiyanın Sarkozi-Medvedev sazişinə əməl etməməsi məsələsini qapanmış hesab etmək olar, Cənubi Osetiya və Abxaziya sərhədlərini isə rusiyalı sərhədçilər ikitərəfli sazişə uyğun olaraq etibarlı şəkildə qoruyurlar.

"Bu, Rusiya tərəfinin öz üzərinə götürdüyü beynəlxalq-hüquqi öhdəliklərə əməl etməməsinə növbəti həyasız cəhddir. Rusiya Federasiyası işğalçı qoşunların Perevi kəndindən çıxmasını 2008-ci il 12 avqust tarixli sazişin tam yerinə yetirilməsi kimi qələmə verməyə cəhd edir. Reallıq bundan ibarətdir ki, Gürcüstanın suveren ərazisinin 20 faizi Rusiyanın işğalı altındadır, işğal olunmuş ərazilərdə isə bir neçə hərbi baza və 10 minə yaxın hərbçi yerləşdirilib. İşğal altında olan ərazilərdə insan haqları kobud şəkildə pozulur, yüz minlərlə qaçqın və məcburi köçkün isə öz doğma evlərinə qayıda bilmir. Bununla yanaşı, Rusiya Federasiyası beynəlxalq qüvvələrin, o cümlədən Avropa İttifaqının müşahidə missiyasının işğal altında olan ərazilərə daxil olmasına və humanitar yüklərin daşınmasına imkan vermir.

Burdan çıxış edərək, Rusiyanın Perevidən çıxışı özünün beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi kimi qələmə verməsi cəhdi iflasa məhkumdur", - Gürcüstan XİN-in bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti