...

Azərbaycan Prezidenti Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 20 Oktyabr 2010 17:17 (UTC +04:00)
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ölkəmizə ilk dəfə səfər etdiyini və səfərin onda yaxşı təəssürat yaratdığını deyib.
Azərbaycan Prezidenti Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, - AzərTAc Dövlət Agentliyi xəbər verir.

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ölkəmizə ilk dəfə səfər etdiyini və səfərin onda yaxşı təəssürat yaratdığını deyib.

Azərbaycan hökumətinin əldə etdiyi nailiyyətlər barədə məlumatlı olduğunu bildirən Devid Lidinqton ölkələrimiz arasında xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində güclü və artmaqda davam edən əlaqələrin olduğunu vurğulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib.

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bir qrup iş adamının müşayiəti ilə ölkəmizə səfərinə toxunan dövlətimizin başçısı birgə fəaliyyət göstərmək marağının təkcə enerji sahəsində deyil, eləcə də digər sahələrdə də artdığını bildirib.

Qonağın ölkəmizə səfərinin uğurlu keçəcəyini deyən dövlətimizin başçısı səfərin əhəmiyyətli olduğunu və tərəfdaşlığımızın bütün sahələrini gücləndirəcəyinə əminliyini ifadə edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkəmizin Avropa İttifaqı və Avratlantik strukturları ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti