...

Azərbaycan ilə Ukrayna 2011-ci ildə müdafiə sahəsində əməkdaşlıq etməyə razılaşıblar (FOTO)

Siyasət Materials 20 Oktyabr 2010 18:56 (UTC +04:00)
Çərşənbə günü Ukraynanın müdafiə naziri Mixail Yejel Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə 2011-ci il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzalayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Azərbaycan ilə Ukrayna 2011-ci ildə müdafiə sahəsində əməkdaşlıq etməyə razılaşıblar (FOTO)

Çərşənbə günü Ukraynanın müdafiə naziri Mixail Yejel Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə 2011-ci il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzalayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

"2011-ci il üçün eyni əməkdaşlıq planını Ukrayna tərəfi Ermənistanın müdafiə naziri Seyran Ohanyanla da imzalayıb", - "RBK-Ukrayna" yazır.

Müvafiq sənədlər Krımda Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti - 59-cu iclası zamanı imzalanıb. İclasda Yejelin rəhbərlik etdiyi Ukrayna Hərbi İdarəsi müşahidəçi hüququnda iştirak edir.

İkitərəfli görüşlər zamanı müdafiə, xüsusən, hərbi təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsi və fəallaşdırılması yolları, ali hərbi müəssisələrin dinləyiciləri və müdavimlərinin mübadiləsi, tədris proseslərində müasir texnologiyaların tətbiqi müzakirə edilib.

Bundan başqa, iclasda Ukraynanın böyük təcrübəyə malik olduğu MDB-yə üzv ölkələrin ordularının hərbi qulluqçuları arasında sülhün qorunması üzrə əməliyyatlarda iştirakla bağlı təcrübə mübadiləsinin imkanları da müzakirə edilib.

Danışıqların ayrıca mövzusu MDB ölkələrində, Ukrayna Müdafiə Nazirliyinin təmir müəssisələrində və Ukrayna müdafiə sənayesi kompleksinin müəssisələrində olan sovet istehsallı silah və hərbi texnikanın təmiri, yeniləşdirilməsi və modernləşdiirlməsi olub.

Bundan əvvəl məlumat verilib ki, Ukrayna və Rusiya müdafiə nazirləri Mixail Yejel və Anatoli Serdyukov oktyabrın 20-də Yaltada MDB Müdafiə Nazirləri Şurasının iclası zamanı "Ukrayna Müdafiə Nazirliyi və Rusiya Müdafiə Nazirliyi arasında Rusiyanın Ukrayna ərazisindəki Qara dəniz Donanmasının şəxsi heyətinin ümumi sayı və əsas silahları haqqında informasiyanın təqdim edilməsinə dair Protokol" imzalamaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti