Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda Parlament seçkilərini 452 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Parlament seçkilərini Avropa Şurasının Parlament Assambleyasından (AŞPA) 51, Türkdilli Ölkələrin Parlament Assambleyasıdan TÜRK PA) 10, Müstəqil Dövlətlər Birliyindən MDB) 317, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) 43 parlament seçkilərini izləmək üçün MS-da akkreditədən keçib.
Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək.
Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.