...

Havana, Kubanın blokadasının dayandırılması haqqında BMT qətnaməsini Bakının dəstəkləyəcəyinə ümid edir – səfir

Siyasət Materials 21 Oktyabr 2010 12:40 (UTC +04:00)
Kuba ümid edir ki, Azərbaycan ABŞ-ın tətbiq etdiyi Kubanın iqtisadi, ticarət və maliyyə blokadasının dayandırılmasının vacibliyi haqqında BMT qətnaməsini dəstəkləyəcək. Bu barədə Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyero Tores bildirib.
Havana, Kubanın blokadasının dayandırılması haqqında BMT qətnaməsini Bakının dəstəkləyəcəyinə ümid edir – səfir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir S.Ağayeva/

Kuba ümid edir ki, Azərbaycan ABŞ-ın tətbiq etdiyi Kubanın iqtisadi, ticarət və maliyyə blokadasının dayandırılmasının vacibliyi haqqında BMT qətnaməsini dəstəkləyəcək. Bu barədə Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyero Tores bildirib.

"Biz gözləyirik ki, Azərbaycan dost ölkə kimi, haqqımızda  BMT qətnaməsinin dəstəklənməsinə səs verəcək. Biz ümid edirik ki, Azərbaycan bizimlə olacaq", - Tores deyib.

Çərşənbə axşamı, oktyabrın 26-da artıq 19 ildir, Kuba BMT Baş Assambleyasına "ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə blokadasının dayandırılmasının vacibliyi haqqında" məruzə təqdim edir.

2009-cu ildə 187 ölkə bu qətnamənin "lehinə" və 3 ölkə - ABŞ, İsrail və Palau "əleyhinə" səs verib.

Oktyabrın 19-da ABŞ-ın Kubaya qarşı sanksiyalar tətbiq etməsinin 50 ili tamam olur.

1960-cı ildə ABŞ Prezidenti Kuba Respublikasının iqtisadi blokadaya alınmasını elan edib. 1962-ci ildəki Karib böhranından sonra sanksiyalar, faktik olaraq, indiyədək fəaliyyət göstərən tam embarqoya qədər sərtləşdirilib.

ABŞ-ın hərəkətlərini dünya ictimaiyyəti dəfələrlə tənqid edib, BMT Baş Assambleyası artıq 18 ildir, hər il dalbadal embarqonun ləğv edilməsi tələbi ilə qətnamə qəbul edir. Baş Assambleyada ABŞ-ın, demək olar, əlli il əvvəl Kubanı blokadaya almasının aradan götürülməsi haqqında qətnaməyə növbəti (sayca 19-cu) səsvermə oktyabrın 26-da keçiriləcək.

Kubalı səfirin fikrincə, blokada ölkənin inkişafı üçün başlıca maneədir.

ABŞ-ın hazırkı administrasiyası Kubaya beynəlxalq əməliyyatlarda dollardan istifadəyə qoyduğu qadağanı; ABŞ və digər üçüncü ölkə tərəfindən verilən kredit və debit kartlardan, personal və yol kartlarından istifadəyə qadağanı; kubamənşəli dərman vasitələri və tibbi avadanlıqların ixracına, eləcə də kubalı ixracatçılara haqq ödənilməsinə qoyduğu qadağanı; Kuba müəssisələrinə ABŞ-dan Kubaya və əksinə qonalqarın daşınmasına olan qadağanı götürməlidir - Kuba hökuməti hesab edir.

Sentyabrda ABŞ Kubaya qarşı yenidən ticarət embarqosu tətbiq edib. Bu dəfə Azadlıq Adasına qarşı iqtisadi sanksiyalar bir il ərzində - 2011-ci il sentyabrın 14-dək qüvvədə olacaq.

Havana isə Vaşinqton tərəfdən iqtisadi təzyiqin davam etdirilməsinə "Kuba xalqının soyqırımı" kimi baxır.

Dünya birliyi ABŞ-ın tətbiq etdiyi embarqonu, həmçinin, ona görə qanunsuz hesab edir ki, indiki halda ABŞ öz daxili qanunlarını ticarət, iqtisadi və maliyyə əlaqələrinə malik olduğu üçüncü ölkəyə qarşı tətbiq etməyə cəhd edir.

Səfir bildirib ki, Kubanın blokadası qanunsuzdur və o, dərhal dayandırılmalıdır.

Xəbər lenti

Xəbər lenti