...

GUAM ölkələri ATƏT sammiti çərçivəsində təşkilatın gələcək planlarını təsdiqləyəcəklər – baş katib

Siyasət Materials 21 Oktyabr 2010 15:11 (UTC +04:00)
Dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT sammiti çərçivəsində GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək. Bu barədə cümə axşamı GUAM-ın baş katibi Valeri Çeçelaşvili Trend-ə məlumat verib.
GUAM ölkələri ATƏT sammiti çərçivəsində təşkilatın gələcək planlarını təsdiqləyəcəklər – baş katib

Gürcüstan, Tbilisi, 21 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT sammiti çərçivəsində GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək. Bu barədə cümə axşamı GUAM-ın baş katibi Valeri Çeçelaşvili Trend-ə məlumat verib.

Onun sözlərinə görə, GUAM ölkələrinin xarici işlər nazirləri bu regional təşkilatın işinə yekun vuracaq və gələcək planlarını müəyyən edəcəklər.

"BMT Baş Assambleyasının sonuncu görüşü çərçivəsində keçirilən nazirlərin son görüşündə gələcək fəaliyyət planları müəyyələşdirilib və onlar konkret sənədlər hazırlayan işçi qruplarda müzakirə olunub", - o bildirib.

GUAM baş katibi qeyd edib ki, Astanada nazirlər məhz bu planlara baxacaqlar və bundan sonra regional təşkilat çərçivəsində fəaliyyət işlənib-hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti