...

Yaponiyanın "Fujifilm" şirkəti öz saytında Azərbaycanın ərazisi ilə bağlı təhrif olunmuş məlumatı düzəldib

Siyasət Materials 21 Oktyabr 2010 18:46 (UTC +04:00)
Azərbaycanın Yaponiyadakı səfirliyindən daxil olmuş məlumata əsasən, Yaponiyanın fotoqrafiya və təsvir sahəsində məşhur şirkətlərindən biri olan "Fujifilm"ə mənsub "MyFinePix.com" adlı internet saytında Azərbaycan Respublikasının ərazisi ilə bağlı məlumatların təhrif edildiyi məlum olub.
Yaponiyanın "Fujifilm" şirkəti öz saytında Azərbaycanın ərazisi ilə bağlı təhrif olunmuş məlumatı düzəldib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycanın Yaponiyadakı səfirliyindən daxil olmuş məlumata əsasən, Yaponiyanın fotoqrafiya və təsvir sahəsində məşhur şirkətlərindən biri olan "Fujifilm"ə mənsub "MyFinePix.com" adlı internet saytında Azərbaycan Respublikasının ərazisi ilə bağlı məlumatların təhrif edildiyi məlum olub. Bu barədə cümə axşamı Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Səfirlik tərəfindən sözügedən saytın qeydiyyat bölməsində ölkələrin siyahısı ilə bağlı hissədə Dağlıq Qarabağ (Nagorno Karabakh) adlı ölkənin daxil edilməsi müəyyən edilib və məsələyə dərhal reaksiya verilib. Məsələnin ciddiliyi, ölkəmiz üçün həssaslığı, xüsusilə də beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğunu qeyd edərək, səfirlik yapon tərəfinin sorğusuna əsasən yazılı mövqe hazırlayıb, lazımi xəritələr əlavə edərək qarşı tərəfə təqdim edib.

Səfirliyə verilən məlumatda qeyd olunur ki, "Fujifilm" şirkətinin Böyük Britaniya nümayəndəliyi sözügedən saytın qurulması zamanı məlumatları müxtəlif mənbələrdən əldə edib və məsələnin birbaşa Yaponiya Baş Qərargahına aidiyyəti yoxdur. "Fujifilm" şirkəti səfirliyin müdaxiləsindən sonra təhrif olunmuş məlumatı düzəldib.

Xəbər lenti

Xəbər lenti