...

Azərbaycanda 5 milyondan artıq seçki bülleteni çap olunacaq - MSK sədri

Siyasət Materials 22 Oktyabr 2010 14:58 (UTC +04:00)
Azərbaycanda 5 milyondan artıq seçki bülleteni çap olunacaq
Azərbaycanda 5 milyondan artıq seçki bülleteni çap olunacaq - MSK sədri

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 5 milyondan artıq seçki bülleteni çap olunacaq, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"Bülletenlərin sayı 5 milyondan bir qədər artıqdır. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçicilərin sayından 3% artıq bülleten çap olunacaq. Çalışacağıq ki, bu ayın sonuna qədər bülletenlər nəşr olunsun. Bülletenlər hazır olduqca, dairələrə paylanılacaq. Yəni bülletenlərin çap olunması ilə dairələrə paylanılması prosesi paralel gedəcək", - Pənahov deyib.

Bu gündən Parlament seçkisi ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Seçki bülletenləri Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə çap edilir.

Bülletenləirn mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar Mərkəzi Seçki Komissiyasının oktyabrın 1-də keçirilmiş iclasında qəbul edilib. Çap prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbəəyə baş çəkib.

Pənahov deyib ki, bülletenlərin çapı prosesinə nəzarət üçün MSK üzvləri ayrılıb.

"Nümayəndələr MSK-dan bərabərlik prinsipi əsasında ayrılıb. Yəni azlıq, çoxluq və bitərəflərdən nümayəndələr ayrılıb", - Pənahov bildirib.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə görə, seçki bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci, 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərti ilə səsvermə gününə, ən azı, 10 gün qalmış Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti